Könüllü audit

Könüllü audit

Könüllü audit xidmətlərinin göstərilməsi - mühasibat uçotunun müstəqil auditor yoxlanılması İmpusl Audit audit - konsaltinq şirkətinin prioritet istiqamətlərindən biridir. Bizim auditorlarımız sizin biznesinizin mənafeyi naminə çoxillik təcrübələrini tətbiq etməyə hazırdırlar. Könüllü audit dedikdə qanunun tələblərilə deyil, şirkətin özünün təşəbbüsü ilə həyata keçirilən könüllüi audit yoxlaması başa düşülür. Könüllü audit şirkətin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edə bilər. Könüllü auditi mühasibat və vergi uçotu üzrə çatışmamazlıqların müəyyənləşdirilməsi məqsədilə həyata keçirilir. Könüllü auditin həyata keçirilməsi müştərinin arzusu ilə hissəli və ya kompleks ola bilər. Könüllü audit əsasən sponsorlardan və ya partnyorlardan maliyyə resurslarının cəlb edildiyi halda həyata keçirilir. Kreditorlar onları maraqlandıran şirkətin mühasibat hesabatlarının vəziyyətinin nə yerdə olduqlarını bilmək istəyirlər.

Bizim qiymətlər

Auditor xidmətlərinin dəyərinə gəldikdə isə, bu əksər hallarda auditor xidmətinin spesifikasına uyğun olaraq hər bir müştəri ilə individual qaydada müzakirə edilir. Biz hər bir müştəriyə onun məqasədlərini və maliyyə imkanlarını dəqiq nəzərə alaraq optimal qiymətlər təklif etməyə hazırıq. Hər bir müştəri bizim üçün dəyərlidir!

Sair auditor xidmətlərimiz

Könüllü auditdən başqa biz ekspress audit, məcburi audit, ümumi audit, vergi auditi xidmətləri də təklif etməyə hazırıq.

Bizim zəmanətimiz

Biz hər bir auditor yoxlamasının nəticələrinə görə tam maddi məsuliyyət daşıyırıq. Konfidensiallığa gəlincə - bizim şirkət audit yoxlaması və müştərinin fəaliyyəti haqqında hər hansı bir informasiyanın tam konfidensiallığına zəmanət verir.