Ekspress audit

Ekspress audit

Ekspress audit xidmətlərinin göstərilməsi - İmpusl Audit audit - şirkətinin daha çox tələb olunan xidmət növlərindən hesab edilir. Bizim auditorlarımız sizin biznesinizin mənafeyi naminə çoxillik təcrübələrini tətbiq etməyə hazırdırlar. Ekspress auditin nəticələrinə əsasən biz müştərtilərin vergi orqanları tərəfindən yoxlanılması zamanı hansı qanun pozuntularının aşkar edilə biləcəyi sualına cavab veririk. Ekspress adut - vergi risklərinin qiymətləndirilməsi üzrə operativ yoxlamanı nəzərdə tutur. O, şirkətdə mühasibat və vergi uçotunun ümumi vəziyyəti barədə anlayış verir. Şirkətin başqa bir cəmiyyətdə pay sahibi arzusu olduğu zaman yaxud əvvəlki mühasibin yeni mühasiblə əvəzləndiyi zaman ekspress audit xidmətinə daha çox ehtiyac duyulur. Bir sözlə müştərinin mühasibat və vergi uçotu üzrə tam yoxlama aparılmasına vəsait xərcləmək arzusu olmadıqda, lakin qısa müddətdə mühasibatlığın vəziyyətilə tanış olmaq istədikdə ekspress audit tətbiq edilir. Bu zaman xidmətin göstərilməsi bir qayda olaraq 3-5 gün davam edir.

Bizim qiymətlər

Auditor xidmətlərinin dəyərinə gəldikdə isə, bu əksər hallarda auditor xidmətinin spesifikasına uyğun olaraq hər bir müştəri ilə individual qaydada müzakirə edilir. Biz hər bir müştəriyə onun məqasədlərini və maliyyə imkanlarını dəqiq nəzərə alaraq optimal qiymətlər təklif etməyə hazırıq. Hər bir müştəri bizim üçün dəyərlidir!

Sair auditor xidmətlərimiz

Ekspress auditdən başqa biz könüllü audit, məcburi audit, ümumi audit, vergi auditi xidmətləri də təklif etməyə hazırıq.

Bizim zəmanətimiz

Biz hər bir auditor yoxlamasının nəticələrinə görə tam maddi məsuliyyət daşıyırıq. Konfidensiallığa gəlincə - bizim şirkət audit yoxlaması və müştərinin fəaliyyəti haqqında hər hansı bir informasiyanın tam konfidensiallığına zəmanət verir.