Vergi auditi

Vergi auditi

Vergi auditi xidmətlərinin göstərilməsi - İmpusl Audit audit - şirkətinin daha çox tələb olunan xidmət növlərindən hesab edilir. Bizim auditorlarımız sizin biznesinizin mənafeyi naminə çoxillik təcrübələrini tətbiq etməyə hazırdırlar. Vergi auditi mühasibat və vergi uçotunun müstəqil yoxlanılmasını nəzərdə tutmaqla, vergilərin qeyri-düzgün hesablanması və büdcəyə ödənilməsilə bağlı risklərin açıqlanması məqsədi daşıyır. Auditin nəticlərinə əsasən vergi hesabatlarında tapılmış səhvlərin düzəldilməsi üzrə konkret məsləhətlər verilir.

Bizim qiymətlər

Auditor xidmətlərinin dəyərinə gəldikdə isə, bu əksər hallarda auditor xidmətinin spesifikasına uyğun olaraq hər bir müştəri ilə individual qaydada müzakirə edilir. Biz hər bir müştəriyə onun məqasədlərini və maliyyə imkanlarını dəqiq nəzərə alaraq optimal qiymətlər təklif etməyə hazırıq. Hər bir müştəri bizim üçün dəyərlidir!

Vergi auditinin gedışatında bunlar həyata keçirilir;

  • Müəyyən edilmiş dövrdə büdcəyə ödəniləcək vergilər üzrə vergitutma bazasının düzgünlüyünün yoxlanılması;
  • İstifadə edilmiş vergi güzəştlərinin əaslılığının yoxlanılması; Vergi hesabatlarının tərtib edilməsinin düzgünlüyünün yoxlanılması;
  • Yol verilmiş səhvlərin aradan qaldırılması üzrə tövsiyyələrin verilməsi;
  • Yol verilmiş səhvlərin nəticəsi olaraq vergi risklərinin qiymətləndirilməsi.

Sair auditor xidmətlərimiz

Ekspress auditdən başqa biz könüllü audit, məcburi audit, ümumi audit, vergi auditi xidmətləri də təklif etməyə hazırıq.

Bizim zəmanətimiz

Biz hər bir auditor yoxlamasının nəticələrinə görə tam maddi məsuliyyət daşıyırıq. Konfidensiallığa gəlincə - bizim şirkət audit yoxlaması və müştərinin fəaliyyəti haqqında hər hansı bir informasiyanın tam konfidensiallığına zəmanət verir.