Audit firması yoxsa ştat mühasibi?
İşə mühasib götürərkən Siz onun iş vaxtını ödəyirsiniz, ona işinin həcminin azalmasından asılı olmayaraq əvvəlcədən razılaşdırılmış məbləği ödəyirsiniz. İş həcminiz artdığı təqdirdə isə yeni bir mühasib işə götürməyə məcbur olursunuz. Buna görə də əksər hallarda auditor şirkətinə müraciət etmək iqtisadi cəhətdən daha sərfəlidir.
Auditor şirkətinə müraciət etməyin üstünlükləri;
- Siz yalnız işin real həcminə uyğun ödəyirsiniz
- Siz mühasiblərin əmək haqqı fondundan vergi və yığımlar ödəmirsiniz. Bizə mühasibat xidməti üzrə ödədiyiniz məbləğin ƏDV-ni (Əlavə Dəyər Vergisi) büdcə ilə əvəzləşdirə bilirsiniz.
- İxtisaslı kadrlar cəlb etmək üçün vaxt sərf etmirsiniz.
- Əlavə iş yerinin yaradılması, kompyuter alınması və s. xərclərdən azad olursunuz.
Ştat mühasibinə çəkilən xərclərlə İmpuls Audit audit şirkətinə ödənilən xidmət haqqının müqayisəli təhlili
Sizin xərcləriniz | Sizin ştat mühasibi | İmpuls Audit | |||||||
Orta aylıq əmək haqqı | 500.00 | 600.00 | |||||||
Gəlir vergisi | 70.00 | yoxdur | |||||||
Sosial sığorta xərci | 110.00 | yoxdur | |||||||
1 işçi yeri üçün icarə (6 kv m.) | 120.00 | yoxdur | |||||||
İş yerinin texniki təchizatı | 400.00 | yoxdur | |||||||
ƏDV - nin silinməsi | yoxdur | 91.53 | |||||||
Cəmi | 1200.00 | 508.47 |