Mühasibat xidmətləri

Mühasibat xidmətləri

Mühasibat xidmətlərinin göstərilməsi - mühasibat uçotunun müstəqil auditor yoxlanılması İmpusl Audit audit - konsaltinq şirkətinin əsas istiqamətlərindən biridir. Bizim əməkdaşlar hər müştəri ilə qarşılıqlı əlaqənin şəffaf və dəqiq mexanizminə malikdirlər. Biz müştərilərimizlə müqavilə bağlanmazdan əvvəl bizimlə əməkdaşlığın ən rahat üsulunu seçməyə, bizim əməkdaşlarımızla müştərilərimiz arasında dəqiq funksional bölgü aparılmasına şərait yaradırıq.

İmpuls Audit şirkəti aşağıdakı mühasibat xidmətlərini təklif edir;

- Mühasibat uçotunun aparılması 
- Mühasibat uçotunun bərpası
- Kadr uçotunun aparılması
- Mühasibat uçotu üzrə məsləhət
- Vergi planlaşdırılması
- Vergi hesabatlarının hazırlanması
- Mühasibat uçotunun BMUS-a (Beynəlxalq Mühasibat Uçotu Standartları) transformasiyası
- 1C mühasibat proqramı məhsullarının tətbiqi və müşaiyət olunması

Diqqət! Mühasibat xidməti təklif edən bir çox şirkətlərdən fərqli olaraq biz məsələyə kompleks yanaşırıq və standart xidmət paketindən əlavə aşağıdakıları təklif edirik;

- Müştərinin ofisində olmaq şərtilə gündəlik carı mühasibat işlərini həyata keçirəcək mühasibin verilməsı (ilkin sənədlərin - daxil edilməsi, bankla işlər və s.) 
- Sizin mühasibinizin peşəkar biliyinin müstəqil şəkildə qiymətləndirilməsi
- İdarəetmə uçotunun təşkili
- Rəhbərlik üçün 1C bazasında avtomatlaşdırılmış idarəetmə hesabatlarının təqdim edilməsinin təmini
- Kameral və səyyar vergi yoxlamalarını Şirkətinizin mənafeyini qorumaqla müşaiyət etmək
- Əmək məsələləri, uçotu və auditi