1C-in tətbiqi və müsaiyət olunması
İmpuls Audit şirkəti istənilən 1C proqram məhsulunun tətbiqi və müşaiyət olunması üzrə bütün kompleks xidmətləri həyata keçirməyə hazırdır.1C-in konkret məhsulunun tətbiqi - müştərinin proqramın funksionallığına olan tələbindən, bu məhsulla bağlı xərclərə hazır olmağından asılıdır. Əksər şirkətlər müştəri ilə ilkin minimal məbləğə müqavilə bağladıqdan sonra, əməkdaşlıq prosesində meydana çıxan hər məslə üçün əlavə məbləğ tələb edir. Bizim qiymət siyasətimiz isə fərqlidir .Biz əməkdaşlıq prosesində meydana çıxa biləcək əksər əlavə proseslərlə bağlı hərəkətləri nəzərə almadan əvvəlcədən razılaşdırılmış abunə məbləği təklif edirik. Bizim müqavilə hər yeni dövrün əvvəlində (rüb, yarımil, il) həm müştərinin, həm də İcraçının təşəbbüsü ilə qiymətlərə yenidən baxılmasını da nəzərdə tutur. Bir qayda olaraq, biz nadir hallarda təşəbbüsçü oluruq - yalnız müştərinin iş həcmində əhəmiyyətli dəyişiklik baş verdikdə (20%-dən çox) belə bir hal mövcuddur, lakin öz növbəsində müştərinin bu təklifimizi qəbul edib etməmək hüququ özündə qalır.
Konkret xidmətlərin qiymətləri üzrə nümunə
Fəaliyyəti olmayan şirkətin hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə qiymətimiz - 50 AZN təşkil edir. Sadələşmiş vergi sistemi ilə pərakəndə satışla məşğul olan və ştat işçilərinin sayı 5-dən artıq olmayan müştəri üzrə xidmətimizin orta dəyəri - 250-300 AZN-dir Topdansatış fəaliyyətlə məşğul olan və ştat işçilərinin sayı 5-dən artıq olmayan müştərilərə 500-600 AZN təklif edirik. Analoji ştata malik tikinti şirkətlərinə xidmət göstərilməsi - 700-1000 AZN təşkil edir
Bizim şirkətin iştirak dərəcəsi
Mühasibat xidmətinin müxtəlif variantları və bizim şirkətin iştirakının müxtəlif dərəcələri mövcuddur. Biz müştərilərimizlə müqavilə bağlanmazdan əvvəl bizimlə əməkdaşlığın ən rahat üsulunu seçməyə, bizim əməkdaşlarımızla müştərilərimizin əməkdaşları arasında dəqiq funksional bölğü aparılmasına şərait yaradırıq. Məsələn, Siz bizə fəaliyyətiniz üzrə tam mühasibat xidmətini həyata keçirməyi, banklarla işləməyi, ilkin sənədlərin hazırlanmasını tapşıra bilərsiniz və yaxud yalnız vergi orqanlarına hesbatların hazırlanıb təqdim etməyimizlə kifayətlənə bilərsiniz. Yaxud misal üçün Sizə gündəlik ofisinizdə oturmaq şərtilə cari sənədləşmələri hazırlaya biləcək mühasib lazımdırsa, biz Sizə bele bir mütəxəssis təqdim edə bilərik və onun işi ilə bağlı bütün məsuliyyəti və nəzarəti öz üzərimizə götürürük.