İşin təşkili prinsipləri

İşin təşkili prinsipləri

Müqavilə imzalandıqdan sonra bizim tərəfimizdən hazırlıq işləri həyata keçirilir: uçotun və sənədləşmənin mövcudluğunun vəziyyəti müəyyənləşdirilir, bütün uçot registrləri üzrə giriş qalıqları yoxlanılır, uçot sistemində informasiya bazası hazırlanır, maliyyə biznes sxemi hazırlanır və müzakirə olunur. Sonra, bizim və müştəri şirkət tərəfindən bağlanmış müqavilə çərçivəsində əməkdaşlıq edəcək məsul şəxslər seçilir və sənəd dövriyyəsi qaydaları müəyyənləşdirilir. İşin texniki cəhətdən rahat variantı seçilir. Rəhbərliyin asan şəkildə idarəetmə uçotu hesabatlarını əldə edilməsi təmin edilir.

Bizim şirkətin iştirak dərəcəsi

Mühasibat xidmətinin müxtəlif variantları və bizim şirkətin iştirakının müxtəlif dərəcələri mövcuddur. Biz müştərilərimizlə müqavilə bağlanmazdan əvvəl bizimlə əməkdaşlığın ən rahat üsulunu seçməyə, bizim əməkdaşlarımızla müştərilərimizin əməkdaşları arasında dəqiq funksional bölğü aparılmasına şərait yaradırıq. Məsələn, Siz bizə fəaliyyətiniz üzrə tam mühasibat xidmətini həyata keçirməyi, banklarla işləməyi, ilkin sənədlərin hazırlanmasını tapşıra bilərsiniz və yaxud yalnız vergi orqanlarına hesbatların hazırlanıb təqdim etməyimizlə kifayətlənə bilərsiniz. Yaxud misal üçün Sizə gündəlik ofisinizdə oturmaq şərtilə cari sənədləşmələri hazırlaya biləcək mühasib lazımdırsa, biz Sizə bele bir mütəxəssis təqdim edə bilərik və onun işi ilə bağlı bütün məsuliyyəti və nəzarəti öz üzərimizə götürürük.