AZ EN RU
Bizim xidmətlər

Biznesiniz üçün peşəkar həllər

Audit, mühasibat və vergi konsaltinqi sahələrində beynəlxalq standartlara uyğun, müştəri ehtiyaclarına fərdi yanaşmaqla təqdim olunan xidmətlər.

01 — MÜHASİBAT

Mühasibat xidmətləri

Tam mühasibat uçotunun aparılması, daxili maliyyə proseslərinin idarə edilməsi və müəssisənin spesifikasına uyğun hesabatların hazırlanması. Outsource sxemində xidmət təqdim olunur.

  • İlkin sənədləşmə və əməliyyatların qeydiyyatı
  • Aylıq, rüblük və illik hesabatların hazırlanması
  • Əmək haqqı və kadr uçotu
  • Bank və debitor-kreditor hesablarının idarəsi
Ətraflı
02 — Vergi

Vergi planlaşdırılması

Azərbaycan Respublikasının Vergi Məcəlləsi və beynəlxalq praktika çərçivəsində peşəkar məsləhət, vergi planlaşdırılması və risk qiymətləndirməsi xidmətləri.

  • Vergi qanunvericiliyi üzrə məsləhət
  • Vergi yoxlamalarına hazırlıq və müşayiət
  • Vergi optimallaşdırılması üzrə təkliflər
  • Vergi mübahisələrində dəstək
Ətraflı
03 — Kiçik və orta biznes üçün proqram təminatı

Kiçik və orta biznes üçün proqram təminatı

Kiçik və orta bizneslər üçün müasir proqram təminatı həlləri. Mehmanxana, restoran, kafe və çamaşırxana idarəetməsini avtomatlaşdırın, satışları artırın, proseslərinizi daha effektiv idarə edin.

  • Web və mobil uyğunluq
  • Sadə və sürətli istifadə
  • Bulud əsaslı sistem
  • Təhlükəsiz məlumat saxlanması
  • Çoxistifadəçi dəstəyi
  • Real vaxtda avtomatik hesabat sistemi
  • 24/7 texniki dəstək
Ətraflı
04 — TEXNİKİ HƏLL

1C Mühasibatlıq

1C platformasında uçot sisteminin qurulması, müəssisənin xüsusiyyətlərinə uyğun konfiqurasiyası, kadr heyətinin təlimi və daimi texniki dəstəyin təmin edilməsi.

  • 1C-nin quraşdırılması və konfiqurasiyası
  • Mövcud verilənlərin sistemə köçürülməsi
  • İstifadəçi təlimi və metodiki dəstək
  • Daimi texniki müşayiət
Ətraflı
05 — AUDIT

Audit xidmətləri

Mühasibat uçotunun və maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması Beynəlxalq Audit Standartlarına (ISA) uyğun aparılır. Həm məcburi, həm də könüllü audit xidmətləri təqdim olunur.

  • Maliyyə hesabatlarının müstəqil yoxlanılması
  • Auditor rəyinin verilməsi və əsaslandırılması
  • Risk və daxili nəzarət sisteminin qiymətləndirilməsi
  • Qanunvericiliyə uyğunluğun yoxlanması
Ətraflı
06 — HÜQUQİ XİDMƏT

Qeydiyyat və ləğv

Şirkətin qeydiyyatı, struktur dəyişiklikləri və ləğv prosesi üzrə tam hüquqi və sənədləşmə dəstəyi. Bütün dövlət orqanları ilə qarşılıqlı əlaqə təmin olunur.

  • Hüquqi şəxslərin və fərdi sahibkarların qeydiyyatı
  • Nizamnamə kapitalı və struktur dəyişiklikləri
  • Filial və nümayəndəliklərin açılması
  • Hüquqi şəxslərin ləğvi prosesi
Ətraflı
07 — MİQRASİYA

Yaşayış icazəsi

Xarici vətəndaşların Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə alması prosesində tam müşayiət. Sənəd hazırlığından Dövlət Miqrasiya Xidmətinə təqdim edilməsinə qədər bütün mərhələlər üzrə peşəkar dəstək təmin olunur.

  • Müvəqqəti yaşayış icazəsinin rəsmiləşdirilməsi
  • Daimi yaşayış icazəsi üçün sənədlərin hazırlanması
  • İcazənin müddətinin uzadılması və dəyişikliklərin edilməsi
  • Dövlət Miqrasiya Xidməti ilə əlaqələrin təmin olunması
Ətraflı
08 — İŞ İCAZƏSİ

İş icazəsi

Xarici vətəndaşlar üçün Azərbaycan Respublikasında iş icazəsinin alınması, uzadılması və müvafiq sənədlərin hazırlanması üzrə tam xidmət. İşəgötürənlər üçün miqrasiya kvotaları və qanunvericilik tələblərinə uyğunluq təmin olunur.

  • İş icazəsinin ilkin rəsmiləşdirilməsi
  • İş icazəsinin müddətinin uzadılması
  • Miqrasiya kvotasının müəyyən edilməsi üzrə məsləhət
  • Əmək müqavilələrinin qanunvericiliyə uyğunluğunun yoxlanılması
Ətraflı
09 — KADR İDARƏETMƏSİ

Kadr xidmətləri

Şirkətin işçi heyəti ilə bağlı bütün sənədləşmə və prosedurların Azərbaycan Əmək Məcəlləsinə uyğun aparılması. Əmək müqavilələrindən elektron sənəd dövriyyəsinə qədər tam kadr uçotu təmin olunur.

  • Əmək müqavilələrinin bağlanılması və qeydiyyatı
  • Əmr, təlimat və digər kadr sənədlərinin hazırlanması
  • Elektron Hökumət portalında əmək müqaviləsi bildirişləri
  • İşə qəbul, işdən azad etmə və mükafatlandırma prosedurları
Ətraflı
10 — HÜQUQ

Hüquq xidmətləri

Biznesin gündəlik fəaliyyətində və mübahisəli məsələlərin həllində tam hüquqi dəstək. Müqavilələrin hazırlanmasından məhkəmə təmsilçiliyinə qədər peşəkar hüquqşünaslar tərəfindən xidmət göstərilir.

  • Müqavilələrin hazırlanması və hüquqi ekspertizası
  • Məhkəmə və dövlət orqanlarında təmsilçilik
  • Korporativ və əmək hüququ üzrə məsləhət
  • Borcların iddia qaydasında geri alınması
Ətraflı